Arxiv
1 Dekabr 2020, 11:00 | QARABAĞ
“Ermənistan son anda “İsgəndər” raketinə əl atdı” - Komandir müavini 

İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün xeyli sayda vətəndaşımız  döyüşlərə könüllü qatılaraq qəhrəmanlıq göstərib.

Demək olar, hər gün Azərbaycan insanı  döyüş qəhrəmanları ilə tanış olur. Onların şücaəti, vətənpərvərliyi barədə yeni-yeni bilgilər  əldə edir.

Artıq  tarix yazan Azərbaycan əsgərini tarixin yaddaşına hopan simasından, səsindən, təbəssümündən, hətta ayaq səsindən tanıyırıq. Tarixə çevrilmək üçün zamanın yetişdirdiyi qəhrəman olmalısan.


Modern.az
 saytı Vətən Müharibəsində iştirak etmiş növbəti qəhrəmanı oxucularına təqdim edir:


Müsahibimiz Hava Hücumundan Müdafiə Qoşunlarında S-300 raket-zenit kompleksinin divizon komandirinin müavini  Zaur Məmmədovdur.


“İyulda müharibə olacağı barədə əmr almışdıq”

Zaur Məmmədov deyir ki, onlar hər zaman müharibəyə hazır olublar: “Tovuz hadisələrindən sonra ata-anamın yanına getdim. Onlara müharibə barədə bir neçə kəlmə dedim. Atam da gülə-gülə zarafatla dedi ki, “ermənilər qorxaq millətdir. Qaçıb gedəcəklər”. Anam isə kövrəldi.

Şəhid general Polad Həşimovun ölümü bizi qisas almağa daha da ruhlandırdı. Biz onun tabeçiliyində kurs keçmişik. Onun ölümü hamımıza pis təsir etmişdi. Bütün zabitlər, gizirlər döyüşə canla-başla hazırlaşırdılar. Çünki bizə müharibə olacağı barədə əvvəlcədən məlumat daxil olmuşdu”.

 

“Mingəçevir SES-ə atlan raket partlasaydı....”

Müsahibimizin sözlərinə görə, Vətən Müharibəsində onların üzərinə daha çox iş düşürdü:


“İkinci Qarabağ Müharibəsində  üzərimizə  ikiqat məsuliyyət düşmüşdü. Mülki infrastrukturları, təbii sərvətlərimizi qorumalı idik. Əsas tapşırıqlardan biri də Mingəçevir SES-ı idi. Bundan əlavə, quru qoşunlarımızı, piyadalarımızı hücum zamanı düşmən təyyarələrindən, qanadlı raketlərdən qorumalı idik. Bunun nəticəsi olaraq döyüşlər gedən ərəfədə iki dəfə Mingəçevir SES-ə atılmış raketi məhv etmişik. O raket partlasaydı, böyük ərazilər su altında qalacaqdı. Həmin raketin məhv edilməsində mən də  iştirak etmişəm. Sevindirici haldır ki, dünyanın 12 ölkəsində mövcud olan S-300 raket kompleksi ilk dəfə olaraq döyüşlərdə Azərbaycan tərəfindən istifadə olundu. 24 saat dayanmadan Ermənistan üzərində kəşfiyyat aparmışıq. Demək olar ki 44 gün ərzində daha diqqətli və gözüaçıq olmuşuq. Hərbi texnikanın içərisində, şüalanmada düşmənin kəşfiyyatını dağıtmışıq. Hər hansı təhlükə olan kimi, ona uyğun tədbir görmüşük”.


“Uşaqlarım “nə vaxt gəlirsən?!” deyib dururlar”

Zaur Məmmədov övladlarından da söz açıb: “3 uşağım var. Hər dəfə eyni sualı verirlər. “Nə vaxt gəlirsən? Sonra da “Qarabağ Azərbaycandır, ona canımız qurban”, deyirlər.  Müharibə başlayanda isə həftələrlə telefon əlaqəsi mümkün deyildi. Bizə zəng çatmırdı. Çünki telefonlarımız dinlənildiyindən heç kimlə ünsiyyətə girmirdik. Məxfiliyi qorumalı idik. Başqa cür düşmənə qalib gəlmək olmazdı. Günlərlə ailəm məndən xəbərsiz qaldı. Buna baxmayaraq bir məqsədim vardı: torpaqlarımız geri qayıtmalı, şəhidlərimizin qanı yerdə qalmamalıdır.
1992-ci ildə Qarabağda ermənilərin bizim xalqımızın başına gətirdikləri vəhşiliklərin qisasını döyüş meydanında almalı idik. Bizim qələbəmizdə əsas qəhrəmanlardan biri də Ali Baş Komandandır. 44 günlük savaş müddətində o da bizimlə bərabər ayaqda idi. Onun qarşısında baş əyirik. İcra olunan bütün tapşırıqlar cənab prezidentə məruzə olunub. Burdan təşəkkür etdiyim bir şəxs var. Bizim bu cür vətənpərvər olmağımızda müəllimlərimizin də payı var. Sumqayıt şəhər 10 sayli məktəbin müəllimi Yeganə Tahirovaya mənə çəkdiyi əziyyətlərə görə minnətdarlığımı bildirirəm”.


“Gənc əsgərlərimiz çox cəsur və qorxmaz idi”

Müharibə iştirakçısı 18 yaşlı əsgərlərin necə vətənpərvər olduqlarını da vurğulayıb:


“Komandir müavini olaraq üzərimə çox böyük iş düşürdü. Yanımızda gənc əsgərlər vardı. Onlar müharibə görməmişdilər. Mən isə aprel döyüşlərinin iştirakçısı olduğumdan müharibənin nə demək olduğunu bilirdim. İlk dəfə yanımızda mərmi partlayandan sonra qısa müddət ərzində gənclərimiz müharibəyə alışdılar.

Onların 18 yaşlarının olmalarına baxmayaraq, hər biri çox cəsur və qorxmaz idi. Ermənilərin rən məşhur pilotunun havaya qalxıb Qarabağa  girməsi ilə onu vurmağımız bir olmuşdu. Ermənilərin Su-30 təyyarələri bizim sərhədə yaxınlaşmağa cəhd edə bilmirdilər. Bizim hava hücumundan müdafiənin nə dərəcədə güclü olduğunu dünya gördü. Ermənilər həm Gəncəyə, həm də Mingəçevirə gecə vaxtı raket atdılar. Biz eyni anda fərqli yerə raket atılacağını gözləmirdik. Ancaq onlar erməni vandallığını sübuta yetirdilər. Mingəçevir SES-ə hər an təhlükə olacağını gözləyirdik. Ona görə də oranı dəmir kimi müdafiə edirdik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 22 Yanvar 2021, 16:16 Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə 22 Yanvar 2021, 16:10 ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH 22 Yanvar 2021, 16:04 Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı 22 Yanvar 2021, 16:00 Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır” 22 Yanvar 2021, 15:55 Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB 22 Yanvar 2021, 15:50 “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI 22 Yanvar 2021, 15:44 Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi 22 Yanvar 2021, 15:38 Oğul şəhid oldu, atasının ürəyi dözmədi 22 Yanvar 2021, 15:32 Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi 22 Yanvar 2021, 15:27 Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır 22 Yanvar 2021, 15:22 Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ 22 Yanvar 2021, 15:17 Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ 22 Yanvar 2021, 15:11 Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA 22 Yanvar 2021, 15:06 Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır 22 Yanvar 2021, 15:00 Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ 22 Yanvar 2021, 14:57 Şahbaz Quliyevin anası vəfat etdi 22 Yanvar 2021, 14:52 Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək 22 Yanvar 2021, 14:46 Darıxmağın ləzzəti 22 Yanvar 2021, 14:41 Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər 22 Yanvar 2021, 14:40 Şuşa döyüşlərində şəhid olan çavuş 22 Yanvar 2021, 14:34 Distant təhsil, zamanı itirməyək 22 Yanvar 2021, 14:28 Bu yolda hərəkət məhdudlaşdırılır 22 Yanvar 2021, 14:22 Yük avtomobilindən 38 ədəd “Iphone 12” götürüldü - VİDEO 22 Yanvar 2021, 14:16 Narazı şagirdlərin yenidən qiymətləndirilməsi keçiriləcək - Şöbə müdiri 22 Yanvar 2021, 14:10 Xüsusi təhsil müəssisələrinin fəaliyyəti bərpa oluna bilər 22 Yanvar 2021, 14:05 Azərbaycanda yeni agentlik yaradıldı - FƏRMAN 22 Yanvar 2021, 14:00 Niyazi Bayramov şəhid və qazi ailələrinin problemləri ilə maraqlanıb 22 Yanvar 2021, 13:57 Co Bayden qazaxıstanlı xanıma vəzifə verdi - FOTO 22 Yanvar 2021, 13:53 İtkin düşən leytenantın şəhid xəbəri gəldi 22 Yanvar 2021, 13:52 Bu il müəllimlərin sertifikasiyası keçiriləcək? - Nazirdən cavab 22 Yanvar 2021, 13:50 Təbii sərvətlərə vurulmuş ziyanın qiymətləndirilməsinə Şura üzvləri də cəlb olunacaq 22 Yanvar 2021, 13:47 Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçiriləcək 22 Yanvar 2021, 13:42 UNEC-in Elmi Şurasında yeni qərarlar qəbul olunub 22 Yanvar 2021, 13:40 Füzulinin Qarğabazar kəndi - VİDEO 22 Yanvar 2021, 13:38