Modern.az

Şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyənlər - BANK HESABLARI BUNLARDI

Şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyənlər - BANK HESABLARI BUNLARDI

İqtisadiyyat

8 Dekabr 2020, 12:39

“Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir”.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərmanı ilə bağlı keçirilən onlayn mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

 

Ü.Mehdiyev bildirib ki, Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunur.

 

“Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Müvafiq vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

 

Fərmana əsasən Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi və daim yenilənməsi təmin ediləcək”.

 

Vurğulanıb ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.

 

“YAŞAT” Fondunun bank rekvizitləri:

 

Azərbaycan Respublikası daxilində ianələr üçün

 

Manat hesabı: AZ76IBAZ38090019447968925204

 

Xaricdən göndərilən ianələr üçün:

 

USD hesabı: AZ66IBAZ38190018407968925204

EURO hesabı: AZ46IBAZ38190019787968925204

Rubl hesabı: AZ83IBAZ38190018107968925204

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır