Modern.az

Modern ailə prinsiplərinin təbliği...

Modern ailə prinsiplərinin təbliği...

31 İyul 2012, 14:06

Jurnalistlərin Həmkarlar İttifaqı Cəlilabadda media və yerli ictimaiyyət nümayəndələrinin iştirakı  ilə dəyirmi masa keçirib

Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) iyulun 30-da Cəlilabad  rayonunda yerli  media təmsilçilərinin və  ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirib. “Ailə dəyərləri media müstəvisində” mövzusunda keçirilən dəyirmi masa  JuHİ-nin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Azərbaycanın  Cənub bölgəsində modern ailə prinsiplərinin təbliğinə yardım” layihəsi çərçivəsində  gerçəkləşdirilib. “Yeni Gün” qəzetinin konfrans zalında keçirilən tədbirdə 25 nəfər nümayəndə iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd ölkənin Cənub regionunda ailə modelinin sağlam dəyərlər üzərində modernləşməsinə yardım etməkdən və bu işdə yerli KİV-lərin rolunun artırılmasından ibarət olub:
“30 iyulda keçirilən Dəyirmi masada bölgədə fəaliyyət göstərən KİV-lərin ailə-qadın mövzusunda materiallar yaymaq işinin təkmilləşdirilməsinə yardım göstərilməsi müzakirə olunub. Biz yerli ictimaiyyət nümayəndələri ilə media təmsilçilərini bir araya gətirib sağlam müzakirələr keçirə bildik. Ailələrlə KİV redaksiyaları arasında təmasların intensivləşməsi, KİV redaksiyalarında isə ailə münasibətlərinə həssas yanaşmaq vərdişlərinin yaranması bölgədə ailə münasibətlərinin sağlam müstəvidə inkişafına mühüm töhfə verəcək”.
Tədbirdə rayonda fəaliyyət göstərən yerli media təmsilçiləri ilə yanaşı, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə   də iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Ələsgərli qeyd edib ki, Cəlilabad rayonunda keçirilən dəyirmi masa  sayca Cənub bölgəsində baş tutan 3 –cü tədbir olub. Öncə belə tədbirlər Masallı və Lənkəranda keçirilib və bütün bölgəni əhatə edib. 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü