Modern.az

“Müdafiə potensilanının gücləndirilməsi qarşıda duran ən əsas məsələdir” - Maliyyə naziri

“Müdafiə potensilanının gücləndirilməsi qarşıda duran ən əsas məsələdir” - Maliyyə naziri

Parlament

23 Dekabr 2020, 11:45

Ölkənin müdafiə potensilanının gücləndirilməsi qarşıda duran ən əsas məsələdir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

 

Nazir qeyd edib ki, bununla bağlı dövlət büdcəsindən 4,6 milyard manata yaxın vəsait ayrılıb.

 

Nazirin sözlərinə görə, ilin sonuna kimi dövlət büdcəsinin icrası zamanı xəzinədə 500 mln. manat qalıq qalacaq:

 

“Bu qalıq dövlət büdcəsinin kəsrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq. Dövlət büdcəsinin kəsri hədəflərin təmin edilməsi məqsədilə ÜDM-nin 4,1%-dək genişləndirilir. Dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Əsasən, ortamüddətli xərclər çərçivəsinin, nəticə əsaslı büdcənin istifadəsinə başlanılacaq. Ortamüddətli xərclər üzrə nəticələrin əldə edilməsi üçün Təhsil, Kənd Təsərrüfatı nazirlikləri də müvafiq protokollar imzalayıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır