Modern.az

Mərkəzi Bankdan “qara bazar”ın yaranması iddialarına CAVAB

Mərkəzi Bankdan “qara bazar”ın yaranması iddialarına CAVAB

İqtisadiyyat

26 Dekabr 2020, 11:55

Azərbaycan Mərkəzi Bankı dollarla bağlı "qara bazar" yaranması fikirlərnə münasibət bildirib.

 

Mərkəzi Banlın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkədə valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan fikirlər yanlışdır:

"Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir. Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir