Modern.az

Azərbaycanın 53 idmançısından 18-i Olimpiadaya vida edib - SIYAHI

Azərbaycanın 53 idmançısından 18-i Olimpiadaya vida edib - SIYAHI

Aktual

2 Avqust 2012, 10:06

Azərbaycan London Olimpiadasında 53 idmançı ilə gedib. 5 gündən sonra Olimpiadadakı çıxışını uğursuz başa vuran idmançılarımızın sayı 18-ə çatıb.

İndiyədək 1 idmançımız medal qazanıb Bu, ağırlıqqaldıran Valentin Xristovdur (56 kq), bürünc medal qazanıb.

Cüdoçular Tərlan Kərimov, Rüstəm Orucov, Elxan Məmmədov , Ramilə Yusubova, İlqar Muşkiyev, Elnur Məmmədli və Kifayət Qasımova uduzublar.

Gimnast Şakir Şıxəliyev yalnız 40-cı yeri tuta bilib.

Üzgüçü Oksana Hətəmxanova (brass, 100 metr) yarımfinala vəsiqə qazana bilməyib.

Boksçular Elvin Məmişzadə , Heybətulla Hacıəliyev  və Vətən Hüseynli elə ilk döyüşündə uduzublar.

Ağırlıqqaldıran Boyanka Kostova,, Sərdar Həsənov, Əfqan Bayramov da medal qazana bilməyiblər.

Güllə atıcısı İradə Aşumova 10 metr məsafəyə atışlarda 39-cu, 25 metr məsafəyə yarışlarda isə 23-cü yeri tutub.

Velosiperçi Yelena Çalıx da uğursuz çıxış edib.

Qılıncoynadan Səbinə Mikina 1/8 finalda məğlub olub.

Hazırda mübarizəni avarçəkənlərimiz Aleksandr Aleksandrov (finala çıxıb), Nataliya Mustafayeva (yarımfinala çıxıb) davam etdirilər.

Boksçular Soltan Migitinov (75 kq) 1/8 finala, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) və Məhəmməd Əbdülhəmidov (56 kq) 1/4 finala çıxıblar.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir