Modern.az

Musa Quliyev: “Haqqı olan heç kim dövlət yardımından kənarda qalmamalıdır”

Musa Quliyev: “Haqqı olan heç kim dövlət yardımından kənarda qalmamalıdır”

Parlament

30 Dekabr 2020, 11:10

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Rəsmi məlumata görə, işsiz əhaliyə dövlət dəstəyi 600 min insanı əhatə edəcək. Amma hələ sərt karantinin tətbiq edilməyə başlanıldığı mart ayında işləyən, iyun, iyul, avqust, sentyabr aylarında işini itirən şəxslər bu yardımdan faydalana bilmirlər. Çünki işsizlərlə bağlı yeni qeydiyyat aparılmır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, proses davam edərsə, məsələyə baxılmalıdır:

“2021-ci ilin yanvar ayından etibarən dünyada, eləcə də Azərbaycanda yeni dönəm başlayacaq. Hazırda koronavirusa yoluxma getdikcə azalır. Təbii ki, koonavirusla bağlı heç nəyi proqnozlaşdırmaq olmur. Əgər növbəti güclü dalğa gələr və sərtləşdirmə tədbirlərinə ehtiyac yaranarsa ki, bunu heç birimiz arzulamırıq, mütləq şəkildə işsiz insanların hamısının uçotu aparılmalıdır. Çünki haqqı olan heç kim dövlət tərəfindən edilən yardımdan kənarda qalmamalıdır.

Sərt karantin davam edərsə, bununla bağlı yeni proqram da hazırlanmalıdır ki, hətta karantin başlayandan bir müddət sonra işsiz qalan insanlar da yardım ala bilsinlər. Amma biz yardım almağı arzulamırıq, ümid edirik ki, ilin birinci rübündə vaksinasiya başlsın və bununla da fəal yaşantımıza qayıdaq”.

 

 M.Quliyev mütləq şəkildə COVID-19 vaksini vurduracağını deyib:

“Kimdəsə vaksinə əks-göstərişlər, allergiya, yanaşı xəstəliklər yoxdursa, mütləq vaksinasiya olunmalıdır. Bunu təkcə özünə görə yox, ailə üzvlərinə, yaxınlarına görə etməlidir. Sağlam insanlar üçün vaksin vurdurub-vurdurmamağın müzakirəsi olmamalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü