Modern.az

Serb nazir prezidentin qanunsuz dinlənildiyini söylədi

Serb nazir prezidentin qanunsuz dinlənildiyini söylədi

3 Yanvar 2021, 15:20

Serbiyanın hüquq-mühafizə orqanları Prezident Aleksandar Vuçiçin hansı şəraitdə qanunsuz dinlənildiyini araşdırırlar.

 

Modern.az  “RİA Novosti”yə istinadən bildirir ki, bunu ölkənin daxili işlər naziri Aleksandr Vulin bildirib:

 

"Daxili İşlər Nazirliyi dinlənilmə ilə bağlı həqiqətləri ortaya çıxaracaqlar. Prezident Vuçiç heç vaxt boş söz demir və bunlar siyasi qazanc naminə yox, həqiqət olduğu üçün söylənilib. O, dinlənildiyinə dair dəqiq məlumatlar əldə edib”.

 

Daxili işlər naziri onu da bildirib ki, Prezidentin qanunsuz dinlənməsi həqiqətdir, lakin onlar bunu sübut etməlidirlər ki, bu hal bir daha təkrarlanmasın.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü