Modern.az

Sərkisyan erməni ordusunun yaranması günündə lovğalanıb

Sərkisyan erməni ordusunun yaranması günündə lovğalanıb

Təhsil

28 Yanvar 2010, 15:50

Ermənistan prezidenti Serj Sərkisyan erməni ordusunun yaranmasının 18-ci ildönümü münasibətilə hərbçilərə medal-orden paylayıb.  Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Sərkisyan “xilaskar ordu”nun yaranması və təşəkkülündən danışıb. Onun sözlərinə görə, erməni ordusunun yaranması və formalaşması bugünkü nəslin gözlərində reallığa çevrilmiş tarixi nailiyyətdir.

 

Sərkisyan daha sonra ordu quruculuğundan dəm vuraraq erməni ordusunun itirilmiş erməni dövlətçiliyinin bərpası yolunda “xidmət”lərindən danışıb. Erməni ordusunun erməni xalqının “şərəfi”  olduğunu deyən S,Sərkisyan qeyd edib ki, məhz bu “şərəf” ölkəni ayağa qaldırıb. 

 

“Bu gün erməni ordusu bizim mövcudluğumuzu təmin edən dəmir qarant və istənilən avantürizmə qarşı soyuq duşdur”. Onun sözlərinə görə, döyüş qabiliyyətli silahlı qüvvələr olmadan bu gün regionda balans və deməli, sabitlik və sülh  ola bilməz.

 

“İstənilən təxribatn müəllifi erməni ordusundan  ciddi əks zərbə və sürprizlər gözləməlidir. Bunu anlamamaq, ən azından sadəlövhlükdür”,-deyə Sərkisyan

lovğalanıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır