Modern.az

Azərbaycanda Çin istehsalı olan vaksindən istifadə olunacaq

Azərbaycanda Çin istehsalı olan vaksindən istifadə olunacaq

Aktual

16 Yanvar 2021, 11:38

Azərbaycanda Çin istehsalı olan Sinovac vaksinindən istifadə ediləcək.

 

Modern.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.

 

T.Musayev qeyd edib ki, bunun üçün 4 milyon doza sifariş verilib.

 

Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov əlavə edib ki, ilk olaraq tibb müəssiələrində çalışanlar vaksinasiya olunacaq:


"Fevralın 1-dən isə 65 yaş üstü şəxslər vaksin olunacaqlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı