Modern.az

Milli Məclisin Komissiya sədrinə vaksin vuruldu - ÖZƏL 

Milli Məclisin Komissiya sədrinə vaksin vuruldu - ÖZƏL 

Parlament

11 Fevral 2021, 11:05

Milli Məclisin İntizam Komissiyasının sədri  Eldar İbrahimov peyvənd olunub.

Bu barədə Modern.az-a deputat Eldar İbrahimov özü məlumat verib.

O qeyd edib ki, özünü çox yaxşı hiss edir:

“Yarım saat olar ki, yaşadığım ünvanda vaksin vurdurdum. Özümü çox yaxşı hiss edirəm. Heç bir əks reaksiya yoxdur. 65 yaşdan yuxarı insanların peyvənd olunması mütləqdir. Hər bir deputat həmkarımı da vaksin vurdurmağa səsləyirəm”.

Qeyd edək ki, fevralın 8-dən başlayaraq 65 yaşdan yuxarı şəxslərin peyvənd olunmasına start verilib.

Məlumat üçün bildirək ki, parlamentin 65 yaşdan yuxarı deputatlarına  peyvənd olunmaları ilə bağlı SMS göndərilib. Bir neçə deputat bu məlumatı təsdiqləyib.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü