Arxiv
25 Fevral 2021, 16:54 | AKTUAL
VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının il dönümü ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara – uşaqlara, qadınlara, qocalara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə törətdikləri qətliamdan 29 il ötür. Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənciliyin təkzibedilməz sübutudur. Eyni zamanda bu soyqırım aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının davamıdır. Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu məqsədə çatmaq üçün terror və genosid faktları daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.

Bu faciə bəşəriyyətə qarşı cinayət aktı kimi “Xolokost”, “Qolodomor” və s. genosid aktlarına bərabərdir. Çox təəssüf ki, dünya uzun illər həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının işğalına göz yumdu. İyirminci əsrin ən böyük genosid hadisəsi olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq haqlarını itirmişdirlər. Ərazi bütövlüyümüzün təminatı və işğalçının cəzalanması Azərbaycan xalqının milli birliyinə güvənən qəjhrəman ordumuz sayəsində həyata keçirildi.

Bu gün biz Xocalı faciəsinin ağrısını düşmənə layiqli cavabını vermək və torpaqlarımızın azad olunması təskinliyi ilə qeyd edirik. Vətəndaş Həmrəyliyi Partiyası faciə qurbanlarının xatirəsini yad etməklə yanaşı bildirir ki, dünya birliyi erməni faşizminə gərəkən qiyməti verməlidir. Xocalı soyqırımına beynəlxalq təşkilatların və dünya dövlətlərinin obyektiv münasibəti meydana çıxmayınca və ermənilərin Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirməsi rəsmən tanınmayınca erməni faşizminin Qafqazda sülhə qarşı təhdidi bitməyəcək”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Votsapda daha bir dələduzluq - diqqətli olun 20 Aprel 2021, 20:38 UEFA-dan Avropa Super Liqası ilə bağlı bəyanat 20 Aprel 2021, 20:27 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” – Prezident 20 Aprel 2021, 20:20 İlham Əliyev: “Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm” – MÜSAHİBƏ 20 Aprel 2021, 20:10 Azərbaycan Türkiyədən 20 milyon dollarlıq avtomobil idxal edib 20 Aprel 2021, 20:06 Avropa Şurasının Baş katibi Qarabağ bəyanatından DANIŞDI 20 Aprel 2021, 19:55 Əlillik dərəcəsi təyinatından narazı qalan qazimizə ev və maşın veriləcək 20 Aprel 2021, 19:48 Bu məhsulların ölkəyə idxalına məhdudiyyət qoyuldu 20 Aprel 2021, 19:40 Abonent qaz xəttinə müdaxilə etmək üçün bu üsula əl atdı - VİDEO 20 Aprel 2021, 19:32 Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu 20 Aprel 2021, 19:25 Nazirlər Kabinetinin sosial müavinətlərlə bağlı qərarlarında dəyişiklik etdi 20 Aprel 2021, 19:17 Yeniyetmə su kanalında batdı 20 Aprel 2021, 19:08 Paşinyan:Heç təsəvvür edirsinizmi ki, Azərbaycanla yolların açılması bizə hansı xeyri verəcək?” 20 Aprel 2021, 19:00 Meyxanaçı Rəşad Dağlı məsuliyyətə cəlb olundu - VİDEO 20 Aprel 2021, 18:53 Azərbaycanda saxlanan erməni hərbçilərə qohumları ilə əlaqə qurmağa imkan YARADILDI 20 Aprel 2021, 18:47 İtkin düşən iki hərbçimizin nəşi tapılaraq ailəsinə təhvil verilib 20 Aprel 2021, 18:38 Havada tozun miqdarı normadan artıqdır 20 Aprel 2021, 18:30 Cəbrayıllı şəhid ailəsindən çox təsirli MƏKTUB 20 Aprel 2021, 18:22 Parlamentdə Milli Koordinatorun məruzəsi müzakirə olunub 20 Aprel 2021, 18:16 Nazirlikdən “Sovetski” sakinlərinin iddialarına CAVAB 20 Aprel 2021, 18:10 İdman Akademiyası intihar edən tələbə barədə: “Çalışqan və aktiv idi” 20 Aprel 2021, 18:04 Minalanmış ərazilərin xəritələrinin verilməməsi beynəlxalq hüquqa ziddir 20 Aprel 2021, 17:54 İtkin düşən hərbçilərin axtarışları bu ərazilərdə aparılır 20 Aprel 2021, 17:48 Prezidentin Hacıqabul səfərindən FOTOLAR 20 Aprel 2021, 17:42 Hərbi Prokurorluq: 2889 şəhidin şəxsiyyəti müəyyənləşdirilib  20 Aprel 2021, 17:36 İftar süfrəsinə qadağa - Ramazanda necə savab qazanmaq olar? 20 Aprel 2021, 17:32 Hərbi Prokurorluq itkin hərbçilərimizin sayını AÇIQLADI 20 Aprel 2021, 17:30 Nazirlik rəsmisi: Bakının yalnız 50-55 faizində kanalizasiya şəbəkəsi var 20 Aprel 2021, 17:28 Nardarandakı daş karxanasının fəaliyyəti dayandırılacaq 20 Aprel 2021, 17:24 Azərbaycanda partiya sədri ailəliklə koronavirusa YOLUXDU 20 Aprel 2021, 17:18 “Acınohur” gölü quruyur 20 Aprel 2021, 17:12 Məhkəmə Rövşən Əkbərovun vəsadətini rədd etdi 20 Aprel 2021, 17:06 İranda prezident Ruhaniyə qarşı İTTİHAM 20 Aprel 2021, 17:00 Xankəndidə erməni qız rus sülhməramlıdan HAMİLƏ QALDI 20 Aprel 2021, 16:54 İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ 20 Aprel 2021, 16:53