Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyəyə gedəcəklər

Azərbaycanlı jurnalistlər Türkiyəyə gedəcəklər

1 Fevral 2010, 18:49

Türkiyə Jurnalistlər Birliyi Azərbaycandan olan 4 jurnalisti qardaş ölkəyə dəvət edib. Modern.az xəbər verir ki, fevralın 11-dən- 14-dək baş tutatcaq səfərdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iştirak edəcək. Elşad Eyvazlının sözlərinə görə, bu səfər zamanı Azərbaycan Parlament Jurnalistləri Birliyinin Türkiyə Jurnalistlər Birliyinə üzv qəbul edilməsi gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır