Modern.az

Azərbaycanın cəbhə bölgəsində bankomat quraşdırılıb

Azərbaycanın cəbhə bölgəsində bankomat quraşdırılıb

Təhsil

1 Fevral 2010, 19:03

Gədəbəyin ermənilərlə sərhəd 28 kəndi əhatə edən Şınıx bölgəsində ilk dəfə olaraq bankomat istifadə verilib. Bu, deputat Nazim Məmmədovun təşəbbüsü ilə mümkün olub. Sözügedən bölgənin əhalisi indiyədək maaş və təqaüdlərini almaq üçün 50-60 kilometr uzağa-rayon mərkəzinə gedirdilər. Gədəbəy rayonundan olan millət vəkili Nazim Məmmədovun bir il öncə Milli Məclisdə qaldırdığı məsələdən sonra problem öz həllini tapıb.

Deputat N.Məmmədov Modern.az-a bildirib ki, Şınıx bölgəsində bankomatın quraşdırıldığı barədə məlumatı bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovdan alıb.

Nazim Məmmədovun sözlərinə görə, Prezidentin müvafiq sərəncamına əsasən, Gədəbəy rayonunun yol və enerji problemlərinin də 2010-cu ildə həll olunacağına ümid edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü