Modern.az

İlham Əliyevin çıxışı erməniləri TƏŞVİŞƏ SALIB

İlham Əliyevin çıxışı erməniləri TƏŞVİŞƏ SALIB

11 Mart 2021, 16:10

Ermənistanda Azərbaycan prezidenti İlham Əliyevin hər yeni açıqlaması təşviş yaradır.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiuyasının üzvü, deputat Taron Simonyan İlham Əliyevin Azərbaycanın hərbi qüdrəti barədə verdiyi açıqlamalar, həmçinin martın 15-də Azərbaycan Ordusunun həyata keçirəcəyi genişmiqyaslı hərbi təlimlər fonunda həyəcanlı açıqlama verib.

 

O, Ermənistanın təcili şəkildə BMT Təhlükəsizlik Şurasına müraciət edərək yardım istəməli olduğunu deyib.

“Martın 15-16-sı tarixlərində Azərbaycan hərbçilərinin qəmli Qars müqaviləsinin 100 illiyinə həsr etdikləri hərbi təlimlər güc nümayişidir. Güc nümayişi isə güc tətbiqinə işarə olduğu üçün mənzərə tam açıqlacaq”- deyə Simonyan əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir