Modern.az

Təhsil nazirindən müəllim olmaq istəyənlərə TÖVSİYƏ

Təhsil nazirindən müəllim olmaq istəyənlərə TÖVSİYƏ

18 Mart 2021, 16:54

Təhsil naziri Emin Əmrullayev müəllimlik peşəsinə yiyələnmək istəyən şəxslərə müraciət edib.

 

Modern.az xəbər verir ki, nazir sosial şəbəkə hesabındakı canlı yayımda müəllimlərin köhnə modellə yox, gələcəyə yönələn modellə hazırlanmalı olduğunu vurğulayıb:

 

“Çalışmalıyıq ki, ən istedadlı və bacarıqlı insanlar müəllimlik peşəsini seçsinlər. Müəllim hazırlığının məzmunu ən vacib məsələdir. Müəllimlərin işə qəbulu prosesini şəffaf şəkildə təşkil etmək mümkün olub: “Sadəcə arzu edənlərlə yerlərin sayı arasında böyük fərq var. Bu da təbiidir. Çünki ən bacarıqlıları işə götürmək istəyirik. Hamını işə götürə bilmirik. 50 mindən artıq insanın hər il müəllimlik ixtisasına müraciət etməsi bu peşənin nüfuzunun artdığını göstərir”.

 

Emin Əmrullayev müəllimlə bağlı vaksinasiya prosesinə də aydınlıq gətirib:

 

“Martın 12-nə olan məlumata əsasən, 10 xüsusi mərkəzdə aparılan vaksinasiya nəticəsində 40786 nəfər peyvənd olunub. Düşünürəm ki, bu rəqəm artıq 45 mindən çoxdur. Ümumilikdə 50 yaşdan yuxarı 82802 nəfər işçi heyət var, rəqəmlər 50 faizə yaxınlaşıb, digər 50 faizin də peyvənd olunması məktəbin davamlı olmasına səbəb ola bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır