Modern.az

X-XI siniflər əyani dərsə nə vaxt başlayacaq?

X-XI siniflər əyani dərsə nə vaxt başlayacaq?

18 Mart 2021, 17:38

“X-XI siniflərin açılması pandemiyadan asılıdır”. 

 

Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, açılmalar üçün Novruz bayramından sonra rəqəmlərə baxılmalıdır:

 

“Biz istəyirik ki, hamı məktəbə getsin. Hər şey bizim davranışlarımızdan asılıdır. Novruz bayramından sonra rəqəmlərə baxmalıyıq. Operativ Qərargahın cavablarını gözləyin. Votsapda göndərilən şayiə xarakterli xəbərlərə inanmayın, rəsmi xəbərlər əsasında öz həyatınızı planlaşdırın”. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır