Modern.az

Sərhəd Xidməti yayılan məlumatı TƏKZİB ETDİ

Sərhəd Xidməti yayılan məlumatı TƏKZİB ETDİ

Ölkə

27 Mart 2021, 11:49

Dövlət Sərhəd Xidməti (DSX) qurumun hərbi qulluqçuları üçün ayrılmış ərzaq məhsullarının Ukrayna bazarlarında satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

DSX-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilir ki, bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib: "Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır.

 

Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü