Modern.az

Qazaxıstanda təqaüd proqramı ilə təhsil almaq imkanı

Qazaxıstanda təqaüd proqramı ilə təhsil almaq imkanı

Təhsil

28 Mart 2021, 08:59

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il aprelin 3-də imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.

 

Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına aprelin 30-dək müraciət etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü