Modern.az

Bakıda koronavirusa yoluxma ARTIB

Bakıda koronavirusa yoluxma ARTIB

Aktual

31 Mart 2021, 10:00

Bakı şəhərinin rayonları üzrə COVID-19 virusuna yoluxma göstəriciləri açıqlanıb.

Modern.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ötən həftə paytaxtda yoluxma faizi 52.9 faiz idisə, hazırda bu göstərici 53.7 faizə yüksəlib.

 

Paytaxt üzrə ən yüksək yoluxma göstəricisi 14.9 faizlə Binəqədi rayonunda qeydə alınıb.

 

Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13.3 faizi Xətai, 12.3 faizi Yasamal, 10.7 faizi Sabunçu, 8.3 faizi Nərimanov, 8.1 faizi Suraxanı, 8 faizi Nəsimi, 7 faizi Nizami, 6.9 faizi Xəzər, 5.1 faizi Səbail, 4.9 faizi Qaradağ, , 0.5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü