Modern.az

Vətən müharibəsindən sonra neçə nəfərə şəhid statusu verilib? - AÇIQLAMA

Vətən müharibəsindən sonra neçə nəfərə şəhid statusu verilib? - AÇIQLAMA

Ölkə

31 Mart 2021, 13:08

“Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə sosial təminat növləri üzrə ödənişlərin (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyinatı işlərinin operativ təşkili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl işlər aparılır. Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda bu məqsədlə postmüharibə dövrünün elə ilk günlərindən xüsusi işçi qrup yaradılıb. Şəhid ailələri üzvlərinin müraciətinə, onların zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılmaqla və elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunub”.

 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-ın şəhid status verilən mülki şəxslər və hərbçilərlə bağlı sorğusunu cavablandırarkən bildiriblər.


Rəsmi məlumata görə, artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparılıb və artıq bu proses yekunlaşmaq üzrədir:

 

“Eyni zamanda, bildiyiniz kimi, normativ-hüquqi bazanın postmüharibə dövrünə uyğun olaraq təkmilləşdirilməsi işlərindən biri kimi, müvafiq qaydalarda dəyişiklik  edilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib. Beləliklə də, həlak olmuş həmin mülki şəxslərdən ibarət 83 mülki şəhidin də 206 ailə üzvünə 400 sosial ödəniş təyinatı aparılıb”.


“II Qarabağ müharibəsindən sonra neçə hərbçiyə şəhid statusu verilib?” sualına gəldikdə, İkinci Qarabağ müharibəsində həlak olan hərbçilərimizin sayının rəsmən açıqlandığı və aidiyyəti qurumlardan alınmış arayışlar əsasında onlara şəhid statusu verildiyi bildirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü