Modern.az

Ermənistanda seçkiöncəsi SORĞU: Paşinyan liderliyini qorudu, Koçaryan 2-ci oldu

Ermənistanda seçkiöncəsi SORĞU: Paşinyan liderliyini qorudu, Koçaryan 2-ci oldu

Dünya

31 Mart 2021, 14:16

Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ictimai sorğular davam etdirilir.

 

Modern.az xəbər verir ki, Gallup İnternational şirkətinin apardığı rəy sorğularına əsasən, rəyi soruşulanların 31,7%-i baş nazir Nikol Paşinyanın “Mənim addımım” blokuna, 5,9%-i eks-prezident Robert Koçaryana, 4,4%-i Qaqik Tsarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” partiyasına, 2,7%-i Edmoin Marukyanın “İşıqlı Ermənistan” partiyasına, 2,4%-i Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasına, 2,1%-i “Daşnaksütyun”a, 1%-i Vazgen Manukyanın “Vətənin Xilası Hərəkatı”na səs verəcəklərini açıqlayıblar.

Rəyi soruşulanların 24,6%-i heç kəsə səs verməyəcəyini, 20%-nin isə hələ seçim etmədiyin vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı