Modern.az

“Azərişıq”ın əməkdaşları peyvənd olunur

“Azərişıq”ın əməkdaşları peyvənd olunur

Aktual

6 Aprel 2021, 13:18

Bu gündən “Azərişıq” ASC-nin əməkdaşlarının vaksinasiyası başlayıb. Modern.az-ın məlumatına görə, ümumilikdə 4 gün ərzində davam edəcək vaksinasiya TƏBİB-lə birgə həyata keçirilir.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev Modern.az-a bildirib ki, 1000-ə yazın əməkdaşın peyvəndlənməsi nəzərdə tutulub:

 

“Daim əməkdaşlarının təhükəsizliyinə və sağlamlığına üstünlük verən “Azərişiq” pandemoya başladığı dövrdən də bütün qaydalara riayət edib.

 

Qarşıdakı 4 gündə könüllülük prinsipi əsasında 40-50 yaş arası 1000-ə yaxın əməkdaşımız peyvəndlənəcək. Amma əgər müraciət olarsa 50 yaşdan yuxarı əmıkdaşlarımızın da vaksinasiyası üçün şərait yarada bilərik”.

 

TƏBİB nümayəndəsi Günel Məmmədova isə bildirib ki, hazırda ölkə ərazisində olduğu kimi “Azərişıq” əməkdaşlarına da Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini vurulacaq:

 

“Hər gün üçün təxminın 200 nəfər "Azərişıq" əməkdaşının peyvəndlənməsi nəzərdə tutulur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü