Modern.az

Prezident Ermənistandakı vətəndaş cəmiyyətlərinə SƏSLƏNDİ: “Xalqa həqiqətləri deməyə başlayın”

Prezident Ermənistandakı vətəndaş cəmiyyətlərinə SƏSLƏNDİ: “Xalqa həqiqətləri deməyə başlayın”

13 Aprel 2021, 12:31

“Ermənistandakı vətəndaş cəmiyyətləri erməni xalqına həqiqətləri deməyə başlamalıdır”.

 

Bunu Prezident İlham Əliyev bu gün ADA Universitetində keçirilən konfransda deyib:

“Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik. Çünki nə hökumət, nə də müxalifət bu gün onlara nəinki Azərbaycan haqqında pozitiv, hətta neytral söz deməyə şərait yaratmaz. Çünki bu, Azərbaycanofobiya konsepsiyasıdır, Azərbaycana qarşı onilliklərlə yaradılmış nifrətin kultivasiyasıdır".

 

Dövlət başçısının sözlərinə görə, Ermənistandakı vətəndaş cəmiyyətləri özlərində cəsarəti tapmalı, erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar:

“Çünki müharibə artıq tarixə qovuşub, konflikt həll olunub və biz gələcəyə baxmalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir