Modern.az

“Bəzi dövlət orqanları ölkə başçısının tapşırığından nəticə çıxarmayıblar” - Komitə sədri  

“Bəzi dövlət orqanları ölkə başçısının tapşırığından nəticə çıxarmayıblar” - Komitə sədri  

Aktual

13 Aprel 2021, 12:55

“Aparılan yoxlamalar, təhlillər, monitorinqlərin nətcələri göstərir ki, heç də bütün dövlət orqanları ölkə başçısının büdcə vəsaitlərindən səmərəli istifadə etmək barədə qəti tapşırığından nəticə çıxarmayıblar”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən iclasında bildirib.

 

Komitə sədrinin sözlərinə görə, hesabatın təhlili bir çox məqamları üzə çıxarıb:

 

“Mühasibat uçotu, dövlət satınalmaları, dövlət investisiya layihələrinin icrası və digər prosedurlarda müəyyən edilən nöqsanlar bu sahədə daha ciddi və kompleks tədbirlərin görülməsin zəruri edir.

Prosseslərin düzgün planlaşdırılması, elektronlaşması, subyektivlik amilinin minimuma endirilməsi, anlayışlara dəqiq tərifin verilməsi maliyyə intizamının güclənməsi üçün zəruri şərtlərə çevrilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü