Modern.az

Mehriban Əliyeva internat məktəbin açılışında iştirak edib - FOTO

Mehriban Əliyeva internat məktəbin açılışında iştirak edib - FOTO

Təhsil

13 Sentyabr 2012, 23:32

Sentyabrın 13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli sanatoriya tipli internat məktəbi istifadəyə verilib.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak edib.
Mehribn Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş və yenidən qurulmuş internat məktəbində yaradılmış şəraitlə tanış olub.

Birinci xanma məlumat verilib ki, 1962-ci ildən fəaliyyət göstərən məktəbdə o vaxtdan əsaslı təmir işləri aparılmayıb. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində internat məktəbinin binasının təmirinə bu ilin martında başlanılıb. Məktəbin həm tədris korpusu, həm də yataqxanası əsaslı təmir olunub və yenidən qurulub. Məktəbin həyətində 200 tamaşaçı yeri olan stadion da inşa edilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı