Modern.az

Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinin səbəbləri

Avropa Parlamentinin Ramil Səfərovla bağlı qətnaməsinin səbəbləri

Təhsil

14 Sentyabr 2012, 08:52

Avropa Parlamentinin dünən Strasburqda keçirilən plenar iclasında azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv edilməsi məsələsi müzakirə olunub.

APA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələrin sonunda qətamə qəbiul edilib.

Qətnamədə deputatlar bu məsələnin Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxara və Dağlıq Qarabağ sülh prosesini təhlükə altına qoya biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Onlar Avropa Birliyini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində daha aktiv rol oynamağa çağırıblar.

Qeyd edək ki, Ramil Səfərovun Macaristan tərəfindən Azərbaycana təhvil verilməsi və onun Azərbaycan Prezidenti tərəfindən əfv olunmasının bəzi beynəlxalq təşkilatlar tərəfindən qərəzli şəkildə münasibət sərgilənməsi barədə məlumat vermişdik.

Bunun səbəbini Milli Məclisin AVRONEST-də enerji komitəsinin həmsədri Fuad Muradov belə şərh etmişdi: “ Beynəlxalq qurumların bu məsələ ilə bağlı müxtəlif mövqeyi ola bilər. İndi ermənilərin terror təşkilatları bu məsələ ilə bağlı az qala dünyanı terrorla təhdid edir. Göürünür bəzi qüvvələr terror təhdidindən qorxaraq belə addım atmaq niyyəti güdürlər. Eyni zamanda bəzi beynəlxaq qurumların Macarıstana qeyri adekvat münasibət niyyəti də ola bilər ki, həmin qüvvələr bundan bəhanə kimi istifadə edirlər. Burada aparıcı xətlərdən biri də erməni diasporu ilə bağlıdır. Beynəlxalq etiket qaydalarına və diplomatiyaya zidd olan üsullarla erməni lobbisinin bəzi qüvvələri ələ alması halları da mövcuddur. Xüsusi olaraq Azərbaycanın müstəqil siyasət yeritməsi hansısa qüvvələri rahatsız edir. Əminəm ki, söylədiyim dörd arqument bu məsələnin gündəmdə saxlanmasının əsas səbəblərindəndir”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü