Modern.az

Angela Merkel bu vaksinlə PEYVƏND OLUNDU

Angela Merkel bu vaksinlə PEYVƏND OLUNDU

Dünya

16 Aprel 2021, 17:50

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel peyvənd olunub.

Moden.az xarici KİV-ə istinadən xəbər verir ki, Merkelə koronavirus əleyhinə “AstraZeneca” vaksininin ilk dozası vurulub.

Merkelin vaksin seçimi son həftələrdə Avropa ölkələrində qan laxtalanması səbəbiylə dayandırılan və Avropa Dərman Agentliyinin “təhlükəsiz” olmasına qərar verdiyi “AstraZeneca”dır.

Qan laxtalanması iddisı ilə “AstraZeneca” vaksininin istifadəsini dayandıran bir çox ölkə Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Dərman Agentliyinin təsdiqindən sonra yenidən onun tətbiqinə qayıdıb.

Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü