Modern.az

“Erməni soyqırımı”nı dünyaya necə unutdurmalı? - Türkiyəli deputatdan AÇIQLAMA

“Erməni soyqırımı”nı dünyaya necə unutdurmalı? - Türkiyəli deputatdan AÇIQLAMA

Aktual

23 Aprel 2021, 11:10

Ermənistan KİV-ləri Amerikanın nüfuzlu “The New York Times” qəzetinə və “CNN” televiziya kanalına istinadən yazıblar ki, ABŞ prezidenti Co Bayden aprelin 24-də “erməni soyqrımını” tanıyan açıqlama yayacaq. İddia olunur ki, ABŞ prezidenti ermənilərin 1-ci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında "kütləvi öldürülməsini" genosid aktı kimi tanıya bilər.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu məsələ ilə bağlı bildirib ki, Co Baydenin Beynəlxalq hüquqa hörməti varsa,“erməni soyqırımı”sözünü işlətməməlidir.

Hər il bu ərəfədə ortaya belə bir sual ortaya çıxır ki, qondarma “erməni soyqırımı” kəlməsini bütün ədəbiyyatlardan, lüğətlərdən silmək, unutdurmaq üçün hansı addımlar atılmalıdır?


Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım mövzu ilə bağlı Modern.az-a danışıb. O qeyd edib ki, hər il aprel ayının 24-ü erməni diasporu, höküməti və Ermənistana marağı olan şəxslər qondarma erməni soyqırımını qeyd edirlər:


“Ermənilər və onlara dəstək verən dövlətlər tərəfindən “erməni soyqırımı” sözü işlədilir. Lakin Türkiyə  Cümhuriyyəti 2005-ci ildə qərar qəbul etdi və bildirildi ki, “soyqırımı məsələsini tarixçilərin öhdəsinə buraxaq, onlar araşdırsınlar, ortaq komissiya qurulsun və araşdırmalar bitdikdən sonra “erməni soyqırımı”nın olub-olmaması ilə bağlı bütün dünyaya məlumat verilsin”. Həmin vaxt Ermənistan prezidenti vəzifəsini icra edən Robert Köçəryana məktub göndərildi, amma qəbul etmədilər.

Bu gün artıq Azərbaycan, Türkiyə diasporları birlikdə çalışır. Cənab prezidentlərin də qeyd etdiyi kimi, bir millətin iki diasporu ola bilməz. Biz “erməni soyqırımı” kəlməsinin bütün dövlətlərin ədəbiyyatından çıxarılmasını istəyirik.  Türkiyə və Azərbaycanın tarixində utancverici hadisələr, soyqırımı, qətliamlar yoxdur. Ermənilərin tarixi isə bu cür hadisələrdən ibarətdir. Təəssüf ki, onlar hələ də “böyük Ermənistan” xülyasından əl çəkə bilmirlər. Türkiyənin 6 vilayətinin və Ağrı dağının onlara məxsus olduğunu uydururlar. Bu, onların niyyətinin nə olduğunu ortaya qoyur. Ermənistanın Türkiyədən bir qarış belə torpaq alması mümkün deyil. Bunu çox yaxşı bildiyi halda bütün dünyada, əsasən də parlamentlərdə bu qərarları qəbul etdirməyə çalışırlar”.


Ş.Ayrım bu işin parlamentlərə, siyasətçilərə aid olmadığını vurğulayıb:


“Tarixçilər, alimlər soyqırımı məsələsilə bağlı araşdırma aparmalıdırlar. Keçmişdə yaşanmış hadisələrlə bağlı bütün dünyanı məlumatlandırmaq çox vacibdir. Azərbaycan və Türkiyə olaraq bizim işimiz bu yöndədir. Yalnız bu formada bütün dünyanın dilində olan səhv sözləri, əsasən də “erməni soyqırımı” kəlməsini ədəbiyyatdan çıxarıb insanlara unutdura bilərik”.

 

Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı