Modern.az

Şəmkir sakini qonşusu tərəfindən bıçaqlandı

Şəmkir sakini qonşusu tərəfindən bıçaqlandı

Hadisə

6 İyun 2021, 09:38

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın verdiyi məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.

 

 

Kənd sakini 1986-cı il təvəllüdlü Vasif Həsənov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilir. İlkin araşdırma zamanı məlum olub ki V.Həsənovu şəxsi münasibətlər zəminində qonşusu 1982-ci il təvəllüdlü Vüsal Hüseynov bıçaqlayıb.

 

Hadisəsi törədən şəxs Şəmkir Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü