Modern.az

Xarici diplomatlar Ağdama getdi

Xarici diplomatlar Ağdama getdi

Aktual

13 İyun 2021, 13:09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq səfərlərinin təşkili davam etdirilir.

 

Modern.az xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub.

 

Səfər zamanı iştirakçılara işğal nəticəsində yaşayış məntəqələrinin, tarixi-mədəni obyektlərin dağıdılması, törədilmiş vandalizm aktları barədə yerində ətraflı məlumat veriləcək. Həmçinin diplomatlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsinə başlanmış bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı