Modern.az

Paşinyanın qələbəsi Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək

Paşinyanın qələbəsi Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək

Aktual

21 İyun 2021, 14:30

"Ermənistandakı seçkilərin nəticələrindən asılı olmayaraq, həm Üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsi, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələni reallaşdıracaqdıq”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O bildirib ki, Paşinyanın seçilməsi prosesləri müəyyən dərəcədə sürətləndirə bilər:

 

"Çünki onlar, xüsusilə Paşinyan çox gözəl anlayır ki, Azərbaycanla güc dilində danışmaq olmaz və Rusiyanın qarşısında götürülən öhdəliyi yerinə yetirmək lazımdır. Əks təqdirdə, bu, Ermənistan üçün heç də yaxşı olmayan nəticələrə gətirib çıxara bilər. Düşünürəm ki, Paşinyan ən qısa müddətdə şərtləri reallaşdıracaq və Zəngəzur dəhlizinin açılması üçün Ermənistan öz öhdəliyini sürətli formada yerinə yetirməyə məcbur olacaq. Əks halda, sözügedən ölkəni iqtisadi tənəzzül gözləyir”.

 

Politoloq Rusif Məmmədsoy isə saytımıza açıqlamasında qeyd edib ki, Ermənistanda başlayan proseslər bütövlükdə region üçün çox vacib idi:

 

"Paşinyanın qələbəsi ilə Zəngəzur dəhlizinin açılaması prosesi tezləşə bilər. Bununla bağlı anonsu həm Türkiyə prezidenti Ərdoğan, həm də ölkə başçımız İlham Əliyev Şuşaya səfəri zamanı vermişdi. Nikolun məsələyə müdaxilə etməməsinin səbəblərindən biri də seçkilər ərəfəsində olması idi. Bu, onun xal itirməsinə gətirib çıxara bilərdi. İstənilən halda Zəngəzur dəhlizi açılacaqdı, lakin Paşinyanın qələbəsi prosesi sürətləndirəcək. Çünki Paşinyan erməni cəmiyyətinin ona nə üçün səs verdiyini başa düşür. Birincisi, ermənilər yeni savaş istəmir. İkincisi, erməni xalqı keçmiş Qarabağ klanına, başda Robert Köçəryan olmaqla, Serj Sarkisyana, Vazgen Manukyana inanmırlar.

 

Bununla yanaşı, əsas məsələ Köçəryanın Zəngəzurda, Gorusda və digər yerlərdə xüsusilə aktivlik göstərməsi idi. Ancaq seçkilər günü həmin dairələrdə məhz Nikol Paşinyan qələbə qazandı. Bu maraqlı nüanslardan biridir. Buradan belə bir nəticəyə gələ bilərik ki, Zəngəzur dəhlizinin açılması seçkidən asılı deyildi. Sadəcə olaraq, tezləşdirilməsi məsələsi var idi. Seçkilərdən sonra Paşinyan bu prosesi sürətləndirəcək, çünki Ermənistan iqtisadi blokadadan çıxmaq istəyir. Bunun da ən yaxşı yolu dəhlizin açılmasıdır. Bununla Ermənistan dünyaya inteqrasiya edə bilər. Onlar sadəcə erməni lobbisi və ya Rusiyadan gələn ianələr hesabına yaşamaq istəmirlər. Bundan sonra büynəlxalq layihələrdə tranzit ölkə kimi iştirak edib, öz büdcəsini formalaşdıra, inkişaf edə bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü