Modern.az

Atilla Sertel: “Azərbaycan-Türkiyə naminə media üzərindən yeni körpülər salınacaq”

 Atilla Sertel: “Azərbaycan-Türkiyə naminə media üzərindən yeni körpülər salınacaq”

Aktual

8 Oktyabr 2012, 17:14


Türkiyə Qəzetçilər Federasiyasının başqanı Atilla Sertel Tərəfsiz (Parlament) Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı ilə birlikdə Türkiyə səfirliyində olub.
Modern.az-ın verdiyi məlumata görə, səfir İsmail Alper Coşkun  Naxçıvanda rəsmi səfərdə olduğundan qonağı onun müavini Meral Barlas qəbul etib. Görüşdə Atilla Sertel Azərbaycan- Türkiyə əlaqələrinin mətbuat üzərindən də möhkəm bağlarla bağlanması məqsədilə yaxın gələcəkdə mətbuat və media müstəvisində baş tutacaq qarşılıqlı əməkdaşlıq layihələrindən danışıb.

Səfir müavini də öz növbəsində Türkiyə səfirliyinin Azərbaycanda baş tutacaq bu qəbil layihələrin təşkilinə dəstək olacağını vurğulayıb.

Türkiyə Qəzetçilər Federasiyasının başqanı Türkiyə telekanallarında yayımlanan seriallarda Azərbaycanla bağlı yanlışlara da toxunaraq, bu tip ssenarilərə diqqət edilməsinin vacibliyindən danışıb.   

 Elçin AĞAYEV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı