Modern.az

Elmar Qasımovdan daha bir yenilik

Elmar Qasımovdan daha bir yenilik

Aktual

9 Oktyabr 2012, 11:30

Bakı Ali Neft Məktəbinin (BANM) loqo tipinin hazırlanması üzrə müsabiqənin vaxtı 2012-ci il oktyabrın 20-dək uzadılıb. Modern.az-ın məlumatına görə, hazırlanacaq loqotipdə Azərbaycan ali təhsil sisteminə yenilik gətirməsi, ölkənin zəngin neft sənayesi təcrübəsinə əsaslanan və müasir dünya standartlarına cavab verəcək şəffaf və yüksək keyfiyyətli təhsil vermək niyyətləri öz əksini tapmalıdır.

Müsabiqədə reklama agentlikləri, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.

Müsabiqənin qalibinə 1500 AZN məbləğində mükafat və xüsusi diplom təqdim ediləcək. Təklif olunacaq eskiz və layihələr [email protected] email ünvanına göndərilməlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü