Modern.az

Kreml Saakaşviliyə əvəz tapıb

Kreml Saakaşviliyə əvəz tapıb

Təhsil

11 Fevral 2010, 11:39

Gürcüstan prezidenti Mixail Saakaşvilini hakimiyyətdən devirməyə çalışan Kreml nəhayət ona əvəz tapıb. Modern.az xəbər verir ki, Moskva Gürcüstanın sabiq baş naziri, müxalifətdə olan “Ədalətli Gürcüstan Uğrunda” Partiyanın sədri Zurab Noqaideli ilə dostlaşıb.  Kremlyönlü “Yedinaya Rossiya” və Noqaidelinin rəhbərlik etdiyi “Ədalətli Gürcüstan Uğrunda” Partiyaları arasında Moskvada əməkdaşlıq paktı imzalanıb. Adı çəkilən partyaların liderləri Boris Qrızlov və Zurab Noqaideli  sənədi tarixi sənəd adlandırıblar. Onlar bəyan ediblər ki, sənəd Rusiya - Gürcüstan münasibətlərinin sabahkı günü üçün fundamental əsasdır.  Kreml partiyası ilə əməkdaşlıq iki ölkə arasında münasibətlərin aktual məsələlərinə dair informasiya mübadiləsini nəzərdə tutur. Noqaideli əmin olduğunu bildirib ki, gün gələcək iki ölkə arasında düşmənçilik aradan qalxacaq və onun yerini dostluq və tərəfdaşlıq münasibətləri  tutacaq.

 Tərəflər partiya quruculuğu, kadrların hazırlanması, qanunvericilik və icraedici oqanların fəaliyyəti , beynəlxalq əlaqələr və gənclər siyasəti sahəsində  təcrübə mübadiləsi aparacaqlar. Bundan əlavə, tərəflər Rusiya və Gürcüstan QHT- ləri arasında əlaqələrin yaradılmasına yardım göstərəcək. Ekspertlər səviyyəsində seminar və konfranslar keçirəcəklər.

Boris Qrızlov bəyan edib ki, rəhbərlik etdiyi partiya Gürcüstanın sağlam siyasi qüvvələrilə  əməkdaşlıq etməyə hazırdır.

 

Gürcüstanda Zurab Noqaideliyə xəyanətkar damğası vurublar. Gürcü gənclər Kutaisidə Noqaidelinin Moskva kursuna etiraz aksiyası keçiriblər.  Qeyd edək ki, digər müxalifət partiyaları da Rusiya ilə açıq dialoq tərəfdarı olduqlarını bildiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü