Modern.az

İvanişvilinin Azərbaycana gələcəyi tarix açıqlandı - EKSKLÜZİV

İvanişvilinin Azərbaycana gələcəyi tarix açıqlandı - EKSKLÜZİV

Aktual

18 Oktyabr 2012, 11:58

Yeni baş nazir bildirib ki, Saakaşvilinin Bakı ilə bağlı yol verdiyi nöqsanlar bundan sonra təkrarlanmayacaq.

Gürcüstan hökumətinin yeni rəhbəri Bidzina İvanişvili 2013-cü ilin əvvəlində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Modern.az saytına parlamentin “Gürcü arzusu” koalisiyasından olan deputatı Əli Məmmədov yeni baş nazirin protokol xidmətinə istinadən məlumat verib.

“Baş nazir Bidzina İvanişvilinin Bakıya ilk rəsmi səfəri 2013-cü ilin əvvəllərində baş tutacaq. Baş nazirin Azərbaycana səfəri artıq demək olar ki, tam dəqiqdir. Lakin səfərin konkret tarixi hələ ki müəyyən edilməyib”, - deyə qeyd edən gənc deputat İvanişvilinin Azərbaycana qarşı mövqeyinin fərqi olacağını vurğulayıb. Ə.Məmmədov bildirib ki, İvanişvili də Azərbaycana səfər etməkdə maraqlıdır.

“Təbii ki, Bidzina İvanişvili qardaş Azərbaycanla bundan sonra da daha isti münasibətlər qurmaqda maraqlıdır. Hətta, o çıxışlarında bildirib ki, Saakaşvili hakimiyyətinin yol verdiyi nöqsanlar bundan sonra təkrarlanmayacaq. Gürcüstanın yeni hökumətinin Azərbaycana qarşı mövqeyi müsbət istiqamətdə dəyişəcək. Biz keçmiş hakimiyyətdən fərqli olaraq müxtəlif istiqamətli əməkdaşlıq qurmağa çalışacağıq”.

Qeyd edək ki, Gürcüstanda keçirilən sonuncu parlament seçkilərində milyarder Bidzina İvanişvilinin lideri olduğu “Gürcü arzusu” koalisiyası prezident Mixail Saakaşvilinin partiyasını məğlub edərək hakimiyyətə gəlməyi bacardı. Artıq qonşu Gürcüstanda baş nazir Bidzina İvanişvili olmaqla yeni hökumətin tərkibi də tam məlumdur.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü