Modern.az

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

Tokio-2020: Güləşçilərimiz mübarizəyə başlayır

Aktual

2 Avqust 2021, 00:12

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

 

Modern.az xəbər verir ki, Olimpiadanın 11-ci günündə 22 dəst medalın sahibi məlum olacaq.

 

Bu gün Azərbaycan yığmasının üç idmançısı mübarizəyə qoşulacaq. Güllə atıcısı Ruslan Lunyov ikinci təsnifat mərhələsində gücünü sınayacaq. Birinci təsnifat mərhələsində uğursuz olan Lunyov finala vəsiqə qazanmaq üçün atəş açacaq. 

 

Bundan əlavə, Tokio-2020-də güləşçilərimiz mübarizəyə başlayacaq. Belə ki, Yunan-Roma güləşçimiz Rafiq Hüseynov və qadın təmsilçimiz Elis Manolova həlledici mərhələyə adlamağa çalışacaq.

 

Hər iki idmançı mübarizəyə 1/8 finaldan qoşulacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü