Modern.az

Azərbaycanlı deputat türkiyəli gənclərin suallarını cavablandırıb

Azərbaycanlı deputat türkiyəli gənclərin suallarını cavablandırıb

Aktual

29 Oktyabr 2012, 11:35

Millət vəkili Qənirə Paşayeva Safranboluda Türk Ocaqlarında Dağlıq Qarabağ problemi və qondarma erməni soyqırımı iddaları ilə bağlı çıxış edib.

Çıxışı zamanı o, Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumatlar verib.
Deputat eyni zamanda ermənilərin tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdən başlayaraq Rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan maraqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb.
O deyib ki, Ermənistanın Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar:
“Xocalı soyqırımı Türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün Türk dünyasının problemidir deyən millət vəkili bu soyqırımı törədənlərin öz layiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanıması istiqamətində bütün Türk dünyası fəal iş aparmalıdır”. Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə ətraflı məlumatlar verib.
Millət vəkili Qənirə Paşayeva Türk Ocaqları gənclərini maraqlandıran sualları da cavablandırmışdır və geniş fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı: Tanıkların dilinden” kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabı və Azərbaycan həqiqətlərinə dair bir sıra digər kitab və materiallar da tədbir iştirakçılarına təqdim olunub.    
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü