Modern.az

Deputat Hüseynbala Mirələmovun oğlu polis rəisi vəzifəsindən çıxarılıb

Deputat Hüseynbala Mirələmovun oğlu polis rəisi vəzifəsindən çıxarılıb

Aktual

29 Oktyabr 2012, 12:42

Azərbaycanda bir neçə polis rəisi işdən çıxarılıb. Modern.az xəbər verir ki, bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrləri ilə Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Cəlil Mehmanov və Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov tutduqları vəzifədən azad ediliblər. Onların hər ikisi sərəncama götürülüb.

Məlumat üçün qeyd edək ki, F. Mirələmov Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun oğludur.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü