Modern.az

Sabir Rüstəmxanlı “zoopark məsələsi”ni gərginləşdirməyi lüzumsuz bildi

Sabir Rüstəmxanlı “zoopark məsələsi”ni gərginləşdirməyi lüzumsuz bildi

7 Noyabr 2012, 09:37

“Məncə, Milli Məclis haqqında aşağılayıcı, təhqiramiz sözlər, ifadələr işlədilməsi yolverilməzdir. Yəni bu ziyalıya, Azərbaycanın ictimai həyatında tanınan adamlara yaraşmayan ifadələrdir”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı bildirib.
“Mənə elə gəlir ki, bu iki fikir parlamentin son iclasında həm mətbuat əleyhinə, həm də “Sərbəst toplaşma azadlığı haqqında” Qanunda cərimələrin artırılması ilə bağlıdır. Məncə, bu ifadələri işlətməzdən öncə həm İlqar Məmmədov, həm də Zərdüşt Əlizadə Milli Məclisdə həmin məsələlərlə bağlı gedən müzakirələri, materialları oxusaydılar, görərdilər ki, iclasda bununla bağlı çox qızğın müzakirələr olub. Və kifayət qədər fərqli mövqelərdən çıxışlar səsləndirilib. Ona görə Milli Məclisi bu cür alçaltmaq olmaz”.

Qeyd edək ki, “REAL” Hərəkatının sədri İlqar Məmmədovun Milli Məclisi zoopark adlandırmasından sonra, politoloq Zərdüşt Əlizadə parlamentə “zoosirk” damğası vurub. Dünən isə Milli Məclisin 20 deputatı REAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

S. Rüstəmxanlı həmkarlarının İlqar Məmmədovu məhkəməyə verməsini doğru addım hesab etmir. “Məsələni bu cür gərginləşdirməyə ehtiyac yoxdur”.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü