Modern.az

Daxili İşlər Nazirliyində polis-media münasibətləri müzakirə olunub

Daxili İşlər Nazirliyində polis-media münasibətləri müzakirə olunub

Aktual

9 Noyabr 2012, 16:51

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 9-da ölkəmizdə səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçi qəbul edib.

Görüşdə ATƏT-lə Daxili İşlər Nazirliyi arasındakı işgüzar əməkdaşlıq əlaqələrinin  mövcudluğu xatırlanıb. Qeyd olunub ki, təşkilatın Bakı Ofisinin fəaliyyətə başladığı 2000-ci ildən etibarən Nazirlik digər hüquq-mühafizə orqanları kimi regionda və respublikada təhlükəsizliyin, insan hüquq və azadlıqlarının təmin edilməsi, ictimai asayişin qorunması, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin daha da səmərəli aparılması  məqsədilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Bakı ofisi və qonşu ölkələrdə yerləşən missiyaları, onların rəhbərləri ilə sıx əməkdaşlıq və dostluq əlaqələri yaradıb, aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində bir çox layihələr həyata keçirilib. Respublikada və xarici dövlətlərdə təşkil olunan təlim və seminarlarda iştirak etmiş əməkdaşlarımız əldə edilmiş təcrübənin praktiki fəaliyyətdə tətbiq edilməsi istiqamətində işləri davam etdirirlər.

Qeyd olunub ki, ATƏT-in Bakı Ofisinin dəstəyi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən layihələrin hər biri polis fəaliyyətinin təkmilləşdirilməsində önəmli rol oynayır. ATƏT-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə Nazirliyin 2000-ə yaxın əməkdaşı iştirak edib.

Daha sonra qonağa polis-media münasibətlərinin və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi  sahəsində ətraflı məlumat verilib.

Daxili işlər naziri qeyd edib ki, orqan və hissələrdə qanunçuluğun vəziyyəti mütəmadi olaraq təhlil edilir, ümumiləşdirilir, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür.

Qonağa hüquq-mühafizə sahəsində həyata keçirilən tədbirlər, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, demokratik prinsiplərin önə çəkildiyi yeni qanunların qəbulu sahəsində görülmüş işlər və mövcud kriminogen durum barədə də məlumat verilib.

Dunya Miyatoviç Dövlət Bayrağı günü münasibəti ilə nazirə təbriklərini çatdırıb.   Azərbaycanda görülmüş işləri müsbət qiymətləndirərək polis-media münasibətlərinə toxunan qonaq jurnalistlərin normal və təhlükəsiz şəraitdə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlərdən razı qaldığını  bildirib. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqayın da iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü