Modern.az

QAT Qarabağ gündəliyini nəşr edib

QAT Qarabağ gündəliyini nəşr edib

Təhsil

16 Fevral 2010, 16:29

Modern.az xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı “Qarabağ gündəliyi” adlı bülleten nəşr etdirib. Bülleten son 6 ay ərzində (2009-cu ilin iyul-dekabr ayları) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi prosesi və Qarabağ danışıqlarının gedişi ilə bağlı baş verən hadisələri, həyata keçirilən tədbirləri, irəli sürülən fikir və mülahizələri, təklif olunan variantları əks etdirir. Eyni zamanda kitabda Azərbaycan dövləti və cəmiyyətinin, beynəlxalq təşkilatların, xarici dövlətlərin, daxili və xarici  ekspertlərin mövqelərin xronoloji ardıcıllıqla əksini tapıb.

Bülletenlərin hər dəfə 6 aylıq dövrü əhatə etməklə ildə 2 dəfə buraxılması nəzərdə tutulur.

Bülletenlər geniş oxucu kütləsi, o cümlədən, siyasətçilər, ekspertlər, tədqiqatçılar üçün yararlı ola bilər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir