Modern.az

Lavrovun hər iki fikrinin bizə faydası yoxdur - Ekspert

Lavrovun hər iki fikrinin bizə faydası yoxdur - Ekspert

Aktual

28 Sentyabr 2021, 16:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Qarabağla bağlı iki fikir söyləyib. Birincisi, Lavrov deyib ki, 2020-ci il noyabrın 9-dan indiyə kimi başlıca nəticə ondan ibarətdir ki, stabillik təmin olunub, qorunub saxlanılır və Rusiya sülhməramlı kontingenti buna imkan yaradır, hansısa zorakı hərəkətlər müşahidə etmirik.

İkincisi, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətkini bərpa ediblər, Azərbaycana, Ermənistana və Qarabağa səfərə hazırlaşırlar.


Lavrovun dediklərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Rusiyanın xarici işlər nazirinin səsləndirdiyi hər iki fikrin bizə faydası yoxdur.

“Bəli, bölgədə sakitlik bərpa olunub, ancaq Laçın dəhlizinə nəzarət edilmir, kim istəyir, nə istəyir keçirir, üstəgəl də rusiyalı hərbçilərin Qarabağdakı separatçıları tərksilah etmək planları yoxdur. Rusiyalı baş diplomatının sözlərindən isə çıxan nəticə odur ki, təki sabitlik olsun, qalan məsələlər onlar üçün vacib deyil. Azərbaycan torpaqları işğal altında olanda da “təki sakitlik olsun” deyirdilər. Lavrovun həmsədrlərin fəaliyyətini bərpa etməsi və bölgəyə səfərə hazırlaşması barədə dediklərinin də Azərbaycana xeyri yoxdur. Prezident İlham Əliyev elə dünənki müsahibəsində bir daha xatırlatmışdı ki, həmsədrlər gəlib nəyi müzakirə edəcəklər, status məsələsi bizim üçün bitib...".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı