Modern.az

Əli Həsənov Facebook-dan niyə GETDİ...

Əli Həsənov Facebook-dan niyə GETDİ...

Hadisə

7 Oktyabr 2021, 14:35

Son vaxtlara qədər tez-tez Facebook-da müxtəlif paylaşımlar edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov artıq sosial şəbəkədə gözə dəymir.

Qeyd edək ki, Ə.Həsənov Facebook-da ölkə əhəmiyyətli hadisələrə münasibət bildirməklə gündəmdə qalmağa çalışırdı. Hətta bəzən özü barədəki suallara da buradan cavab verir, şəxsinə qarşı ittihamlara münasibət bildirirdi.

Bəs sabiq şöbə müdiri niyə susur?

Modern.az saytına məlum olub ki, Əli Həsənov Facebook-dakı profilini dondurub.  Bu səbəbdən də onun sosial şəbəkədəki aktivliyi  müşahidə olunmur.

Doğrudur, Facebook-da Ə.Həsənova məxsus bir səhifə var, amma orada sonuncu paylaşım 13 iyul tarixində edilib və o vaxtdan bəri yenilənmə olmayıb.

Əli Həsənov 1995-ci ildən 2019-cu ilə kimi Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sonuncu dəfə onun adı KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin cinayət işi üzrə keçirlən məhkəmədə hallandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı