Azərbaycan Mətbuat Şurasında qurumun «reket jurnalistika» ilə mübarizəsi sahəsində gördüyü işlərə həsr olunmuş mətbuat konfransı keçiriləcək. Sabah saat 12.00-da
keçiriləcək tədbirdə Şuranın mövcud sahədə həyata keçirdiyi işlər barədə məlumat veriləcək, qarşıda duran vəzifələrdən söhbət açılacaq.
Konfransda həmçinin Mətbuat Şurasının media reketçiliyinin müxtəlif təzahür formalarına dair bəyanatı da açıqlanacaq.