Modern.az

HIV/AIDS bəlasının miqyasları ilbəil böyüyür: 3 milyon insan ölüb

HIV/AIDS bəlasının miqyasları ilbəil böyüyür: 3 milyon insan ölüb

29 Noyabr 2012, 11:40

Hər il dünyada təxminən 3 milyon insan HIV/AIDS-dən ölür. Modern.az xəbər verir ki, əldə edilən son statistikaya görə, dünyada HİV virusu daşıyıcılarının sayı 40 milyona yaxındır. Düya miqyasında aparılan maarifləndirmə işlərinə baxmayaraq, hər gün 11 min insan bu virusa yaxalanır.

  Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 3 min 200 nəfər HİV daşıyıcısı var. Onların 64 faizi narkotik istifadəçiləridir. Yaxın qonşu Türkiyədə isə bu rəqəm 3 mindən çoxdur.   Bəs HİV-ə hansı yollarla yoluxulur?  

1. Qan yolu ilə. Nəzarətsiz qan nəqli, daha əvvəl istifadə edilmiş iynə, dezinfeksiya edilməmiş cərrahı alətlər, döymə alətləri, qayçı, bıçaq kimi kəsici alətlərlə xəstəliyə tutulmaq mümkündür.
  2. Cinsi münasibətlər. Demək olar ki, bütün HİV-ə yoluxanların 80-85%-i bu yolla xəstəliyə tutulurlar.  
3. Anadan körpəyə keçid. HİV virusu daşıyan anaların öz xəstəliyini körpələrinə keçirmə faizi yüzdə otuzdur. Əgər ana müalicə alırsa bu 8%-ə düşə bilər. Əmizdirmə nəticəsində xəstəliyin yoluxma ehtimalı aşağı olsa da, HİV-ə yoluxmuş anaların öz körpələrini əmizdirməməsi təklif olunur. 

Sevinc İltifatqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?