Modern.az

Dekabr ayına olan hava proqnozu açıqlanıb

Dekabr ayına olan hava proqnozu açıqlanıb

Təhsil

30 Noyabr 2012, 13:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, dekabr ayında havanın orta aylıq temperaturunun müsbət və kiçik mənfi fərqlə iqlim normasına əsasən yaxın olacağı gözlənilir. Belə ki, ayın əvvəlində havanın temperaturunun normadan 3 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir. Respublika üzrə yağıntılar qeyri-bərabər paylancaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı ehtimal olunur. 

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 2-7 dərəcə isti olacağı, ayın ikinci yarısının bəzi günlərində 0 dərəcəyə enəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 15-18, ayın ikinci yarısının bəzi günlərində isə 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-9 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12, ayın əvvəlində 14-16, ayın ikinci yarısında bəzi günlərdə 1-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-35 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarına gəlincə, burada orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 4-9 dərəcə isti olacağı, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində 0-4 dərəcə isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-53 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı, gündüzlər 7-12 dərəcə isti olacağı, ayın əvvəlində 16 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 4-9 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 4-9 dərəcə isti təşkil edəcəyi, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm) olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 2-6 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 14-17, ayın ikinci yarısının bəzi günlərində 3-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində dağlıq ərazilərdə 1-5 dərəcə şaxta təşkil edəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 14-18, ayın ikinci yarısının bəzi günlərində 2-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

 

Modern.az


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır