Modern.az

Deputat: “Soydaşlarımızın təklifləri öz həllini tapacaq”

Deputat: “Soydaşlarımızın təklifləri öz həllini tapacaq”

4 Dekabr 2012, 15:44

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Gürcüstan Parlamentinə yeni seçilmiş azərbaycanlı deputat  Mahir Dərziyev, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, "Qeyrət"xalq hərəkatını sədri Əlibala Əsgərov, Milli azlıqların hüquqlarının müdafiəsi üzrə monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov, Qafqaz Araşdırmalar Mərkəzinin təmsilçisi Kamran Ramazanlının daxil olduğu Gürcüstandan gəlmiş nümayəndə heyəti ilə görüşüb.

Modern.az-ın məlumatına görə, görüş zamanı Azərbaycan-Gürcüstan münasibətləri, Azərbaycan və Gürcüstan parlamentlərarası əlaqələr, xüsusilə Gürcüstan vətəndaşı olan azərbaycanlıların vəziyyəti ilə bağlı geniş müzakirələr aparılıb. Görüş zamanı nümayəndə heyətinin üzvləri bir sıra təkliflər səsləndiriblər və həmin təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Q.Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri olaraq onların qaldırdıqları məsələlərin həlli istiqamətində əlindən gələn dəstəyi göstərəcəkdir. Deputat daha sonra qeyd edib ki, Azərbaycan prezident İlham Əliyev hər zaman Gürcüstanda yaşayan soydaşlarımıza böyük diqqətlə yanaşıb və yanaşır. "Azərbaycanın Gürcüstanla bağlı həyata keçirdiyi siyasətdə, layihələrdə, Azərbaycan tərəfindən bu ölkəyə qoyulan böyük investisiyalarda, açılan iş yerlərində təbii ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız hər zaman böyük diqqət mərkəzində olur. Ona görə də mən ümid edirəm ki, soydaşlarımızın qaldırdıqları bəzi təkliflər də öz həllini tapa biləcək. Biz də Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu olaraq bəzi dövlət qurumları ilə bu istiqamətdə müzakirələri daha da artıraraq, onların həlli istiqamətində səylərimizi daha da gücləndirəcəyik  ", - deyə millət vəkili əlavə edib.

 

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü