Modern.az

Təhsil Nazirliyi ali məktəblərdə yeniliyə hazırlaşır

Təhsil Nazirliyi ali məktəblərdə yeniliyə hazırlaşır

Təhsil

4 Dekabr 2012, 15:49

Nazirlər Kabineti tezliklə “Ali təhsilin bakalavr və magistr səviyyələrində tədrisin kredit sistemi ilə təşkili” barədə qərar qəbul edəcək

Azərbaycanın Boloniya prosesinə qoşulması ilə əlaqədar ali təhsildə kredit sisteminin tətbiqinə zərurət yaranıb. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə təsdiq olunub, ilkin mərhələdə bir neçə ali məktəbdə eksperiment şəklində kredit sisteminin tətbiqi qərara alınıb. İndi isə  “Ali təhsilin bakalavr və magistr səviyyələrində tədrisin kredit sistemi ilə təşkili” barədə qərar layihəsi hazırlanıb. Bu fikirləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin rəisi İlham Mustafayev deyib.

“Bu layihədə bildirilir ki, kredit hansı meyarlarla ölçülsün, qiymətləndirmə necə getsin. Tədris bu kredit sistemi ilə necə təşkil olunsun, orada kredit nə qədər olsun, tyutorlarla tələbələr necə işləsin. Bu qaydaların hamısı orada öz əksini tapıb. Əvvəllər bu qaydalar müvəqqəti idi, təcrübə kimi biz bunu tətbiq etmişdik. Həm də qaydalarda bir sıra çatışmazlıqlar var idi, indi isə bura bir sıra əlavələr edilib. 5-6 ildə yığdığımız təcrübəni burada cəmləşdirmişik. Bu qaydaların təsdiqi barədə yazıb göndərmişik, bütün nazirliklərdən keçib, Nazirlər Kabinetində bu qərar layihəsi artıq hazırdır. Çox güman ki, bir aya qədər imzalanacaq. Onda biz bunu ali məktəblərin hər birində, həm əyani, həm də qiyabi təhsildə tətbiq edəcəyik“, – deyə nazirlik rəsmisi bildirib.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir