Modern.az

Evləri sökülənlər axşam saatlarında etiraz aksiyası keçirdilər

Evləri sökülənlər axşam saatlarında etiraz aksiyası keçirdilər

19 Fevral 2010, 19:57

Modern.az xəbər verir ki, Bakının mərkəzində, Heydər Əliyev Sarayının arxasındakı ərazidə yaşayan bir qrup sakin evlərinin sökülməsinə etiraz əlaməti olaraq bu gün axşam saatlarında aksiya keçiriblər. “Azdrama”nın qarşısında toplaşan evləri sökülən sakinlərlə əraziyə çağırılan polis arasında qarşıdurma da baş verib. Sakinlərin Modern.az-a verdikləri məlumata görə. polis tərəfindən saxlanılanlar var. Sakinlər deyirlər ki, söküntü işləri daha çox gecələr aparılır. Fevralın 19-da saat 20.00 radələrində ərazidəki evləri sökməyə gələn briqada ilə sakinlər arasında mübahisə yarandığından polis çağırılıb.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Heydər Əliyev Sarayının arxasından Füzuli meydanınadək olan evlərin hamısını sökdürüb yerində “Qış park” salacaq. Burada yaşayan bəzi sakinlər onlara az pul təklif edilməsilə razılaşmayaraq köçmək istəmirlər. Onlar sökülən evlərin hər kvadratmetri üçün 1200 manat təklif edilməsini ədalətsiz qərar sayırlar.

Deyirlər “biz bu pulla ev ala bilmərik”. Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə xəbərdarlıq edib ki, fevral ayının sonunadək evlərin hamısı söküləcək.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır